ATƏT-ə sədrlik bu ölkəyə keçdi

 12:34 01.01.2022     928

Polşa yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi İsveçdən qəbul edib.

Redaktor.az “TASS”a istinadən xəbər verir ki, Polşa bu gündən etibarən 1 il müddətinə bu beynəlxalq təşkilatda koordinator funksiyasını yerinə yetirəcək. 

Polşanın Baş naziri Mateuş Moravietskinin sözlərinə görə, ölkəsi hər hansı təhdidlər qeydə alınarsa, Aİ və NATO-dakı tərəfdaşlara müvafiq siqnallar göndərməklə, dünyanın bu hissəsində sülh və təhlükəsizliyin qeydinə qalmaq üçün hər şeyi edəcək. 

Polşanın ATƏT-ə sədrliyinin tam proqramı yanvar ayında Vyana şəhərində təqdim olunacaq. 

Qeyd edək ki, ATƏT-ə 57 ölkə daxildir.