ABŞ-da dəhşət: 580 ev yanıb, on minlərlə insan təxliyə edilib

 13:34 01.01.2022     252

ABŞ-ın Kolorado ştatında meşə yanğını nəticəsində 580 ev yanıb, on minlərlə insan təxliyə edilib.

Redaktor.az “Habertürk”ə istinadən xəbər verir ki, alovun daha geniş ərazini əhatə etməsi ilə itkilərin sayının artması gözləniləndir.

Məlumatda həmçinin sürəti saatda 169 kilometrə çatan küləyin yanğının daha çox əraziyə yayılmasına şərait yaratdığı vurğulanıb.

Yanğın nəticəsində 6 nəfərin yaralandığı, ərazinin flora və faunasına ciddi ziyan dəydiyi bildirilib.