Ukrayna limanlarını Rusiya gəmiləri üçün bağladı

 13:43 01.01.2022     311

Rusiya gəmilərinin Ukraynanın daxili sularına daxil olmasını qadağan edən qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.

Redaktor.az xəbər verir ki, sözügedən sənəd Ukrayna Ali Radasının saytında yerləşdirilib.

Sənədə əsasən, Rusiya bayrağı altında üzən gəmilər bundan sonra çay limanları arasında beynəlxalq reyslərdə sərnişin və yük daşıya bilməzlər. Analoji qərar ölkənin daxili sularında sahilboyu yük daşımalarına da şamil olunacaq.

Bundan əlavə, Rusiya vətəndaşlarına məxsus gəmilərin Ukraynanın Dövlət Gəmi Reyestrində qeydiyyata alınmasına da qadağa qoyulur. 

Qeyd edək ki, sözügedən sənəd 2020-ci il dekabrın 3-də Ali Rada tərəfindən qəbul olunub.