Təbrizdə fəhlələr etiraza qalxdı - VİDEO

 13:52 01.01.2022     552

İranın azərbaycanlıların da yaşadığı Təbriz şəhərində fəhlələr etiraza qalxıb.

“Azad İran” teleqram kanalının yaydığı məlumatda qeyd olunur ki, Təbriz şəhərində yerləşən kafel fabrikinin işçiləri 31 dekabr, cümə günü tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq oturaq etiraz aksiyasına başlayıblar.

Aksiya zamanı etirazçılar haqlı tələblərinin yerini yetirilməsini və maaşlarının artırılmasını tələb ediblər.