Yeni il şənliyində pirotexniki vasitə şagirdin 2 barmağını qoparıb

Moskava ətrafında yerləşən orta məktəblərdən birində keçirilən Yeni il şənliyi zamanı xoşagəlməz hadisə baş verib.
Redaktor.az "vesti.ru"ya istinadən xəbər verir ki, 15 yaşlı şagird pirotexniki vasitəni alışdırarkən onu əlindən buraxmaqda gecikib. Nəticədə pirotexniki vasitə məktəblinin əlində partlayıb, 2 barmağını qoparıb.
Məktəblini xəstəxanaya yerləşdirilib, vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib.
Prokurorluq hadisənin başvermə şəraitini araşdırır.