Kabildə partlayış - yaralananlar var

Əfqanıstanın paytaxtı Kabilin beşinci rayonunda Pedaqoji Universitetin yaxınlığındakı yolda partlayış baş verib, yaralananlar var.
Redaktor.az xəbər verir ki, bu barədə "Aamaj News" informasiya agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən bildirib.
Məlumatda qeyd olunub: ""Taliban" hökumətinin Daxili İşlər Nazirliyi bildirib ki, yol kənarındakı minanın partlaması nəticəsində iki mülki şəxs yaralanıb".
Ölkədə fəaliyyət göstərən silahlı qruplardan heç biri insidentə görə məsuliyyəti üzərinə götürməyib.