Ankarada avtobus qəzasında 16 nəfər yaralandı

 23:31 01.01.2022     137

Türkiyədə baş verən ağır yol qəzası baş verib.

Redaktor.az yerli KİV-ə istinadla xəbər verir ki, hadisə Ankarada qeydə alınıb. Yeniməhəllə rayonunda avtobus zəncirvari qəzaya səbəb olub. Qeyd edilir ki, avtobus qarşı zolağa keçərək digər avtomobilin üzərinə aşıb.

Hadisə nəticəsində 16 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.