"Koronavirusun yerini çiçək pandemiyası tutacaq" - Bill Qeyts

 00:32 02.01.2022     608

"Yaxın gələcəkdə koronavirus pandemiyası zəifləyəcək".

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, "Microsoft" şirkətinin sahibi, milyarder Bill Qeyts bildirib.

O hesab edir ki, COVİD-19 pandemiyası zəiflədikdən sonra onun yerini çiçək epidemiyası tutacaq və ölüm nisbəti üç dəfə artacaq.

Milyarderin fikrincə, bunun səbəbi bioterrorizm ola bilər:

"Terrorçuların virusu insanların sıx olduğu yerlərdə, məsələn, hava limanlarında süni olaraq yayması kifayətdir ki, qlobal miqyaslı pandemiya baş versin. Əgər bioterrorçular on hava limanına çiçək xəstəliyini gətirsələr, biz bilirik ki, nələr baş verəcək. Bioterrorizmin yaratdığı epidemiyalar indi yaşadığımızdan daha pis ola bilər”.