Bu ölkədə uşaqlar üçün maska taxmaq məcburi olacaq

 09:57 02.01.2022     431

Fransa hakimiyyəti koronavirusun "omikron" ştammı ilə yoluxma hallarının kəskin artması ilə əlaqədar altı yaşından yuxarı uşaqları ictimai yerlərdə qoruyucu maskalar taxmağa məcbur edəcək.

Redaktor.az  xəbər verir ki, bu barədə Fransa Nazirlər Kabinətinin sənədlər portalında yerləşdirilən hökumətin qərarında bildirilib.

Sənəddə qeyd olunub: "Bu qərarda göstərilən qoruyucu maska ​​taxmaq məcburiyyəti altı yaşdan yuxarı olan şəxslərə şamil edilir".