Bu adaya Britaniya Kraliçası II Elizabetin adı veriləcək

 08:18 02.01.2022     292

Avstraliyanın Baş naziri Skott Morrison Kanberradakı Aspen adasının adının 2022-ci ildə taxt-tacının 70 illiyini qeyd edən Britaniya Kraliçası II Elizabetin şərəfinə dəyişdirildiyini açıqlayıb.

Redaktor.az   xəbər verir ki, "Kanberradakı Berli Qriffin gölündəki Aspen adası 2022-ci ilin iyununda keçiriləcək xüsusi tədbir zamanı Kraliça II Elizabet adası adlandırılacaq", - Baş nazirin saytında deyilir.

Skott Morrison qeyd edib ki, yetmiş illik səlahiyyət müddəti çox böyük nailiyyətdir.

Onun sözlərinə görə, Kraliça Avstraliya xalqına həmişə dərin məhəbbət bəsləyib.

Vumart və Güvən reklamı Vumart Güvən