Rusiyada avtobus qəzası, 5 ölü, 16 yaralı - VİDEO

 10:26 02.01.2022     166

Rusiyanın Ryazan vilayətində, Moskva - Həştərxan magistralında avtobus qəzası baş verib. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

Redaktor.az  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Yaralananlardan ikisinin azyaşlı olduğu bildirilir. 

Yerli mənbənin məlumatına görə, qəzaya avtobus sürücüsünün idarəetməni itirməsi səbəb olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

https://ren.tv/player/video/embed/922129#autoplay=1