Türkiyə Suriyada daha 6 terrorçunu zərərsizləşdirdi

 13:27 02.01.2022     342

Türkiyə Silahlı Qüvvələri “Pinar çeşməsi”, “Zeytun budağı” və “Fərat Qalxanı” əməliyyatları zonalarında 6 terrorçunu zərərsizləşdirib.

Redaktor.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

Məlumata görə, PKK/YPG terrorçuları Suriyanın şimalında bu əməliyyatların keçirildiyi zonalara daxil olmağa cəhd ediblər.

Türkiyə Silahlı Qüvvələri terrora və terrorçulara qarşı mübarizəni davam etdirir.

Vumart və Güvən reklamı Vumart Güvən