“Taliban”dan qadınlarla bağlı yeni QADAĞA

 14:35 02.01.2022     297

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı avtobus sürücülərinə namaz vaxtı işlərini dayandırmağı, qadınlara hicabsız səyahət etməməyi tövsiyə edib.

Redaktor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, qadınlar ictimai nəqliyyatda hicabsız səyahət edə bilməzlər və qohumlarının müşayiəti olmadan 78 kilometrdən çox məsafə qət edə bilməzlər.

Bundan əvvəl “Kabul News” telekanalı məlumat vermişdi ki, “Taliban” hərəkatı avtomobillərdə musiqiyə qulaq asmağı və qadınların nəqliyyat vasitələrində hicabsız getməyi qadağan edib.