Bu şəhər MDB-nin paytaxtı oldu

Qırğızıstanın İssık-Kul vilayətindəki Karakol şəhəri 2022-ci il yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtıdır.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı qərar ötən ilin sonunda “Düşənbə-MDB-nin mədəniyyət paytaxtı-2021” ilinin bağlanış mərasimində elan edilib.
Bildirilir ki, 2022-ci il ərzində Karakol şəhərində MDB-nin mədəni həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.