Belçikada bina partladı, ölənlər var

 17:44 02.01.2022     161

Belçikanın Niderland sərhədi yaxınlığındakı Turhot qəsəbəsində yaşayış binası partlayıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii qaz partlayışı nəticəsində dörd nəfərin həyatını itirdiyi bildirilir.

Dağıntılar altında axtarış işləri başa çatıb. Binada yaşayan səkkiz nəfərdən xəbər almaq mümkün olmayıb. Onların hadisə zamanı evdə olmadığı ehtimal edilir.

Partlayışda dağıntılar altında qalan bir qadın sağ çıxarılıb. Yaralanan bir nəfərin müalicəsi xəstəxanada davam etdirilir.