Ukrayna aviaşirkəti Bakıya uçuşları dayandırır

 22:18 02.01.2022     150

Ukraynanın “SkyUp” aviaşirkəti Zaporojye - Bakı – Zaporojye uçuşlarını dayandırır.

Redaktor.az Ukrayna mediasına istinadən xəbər verir ki, ölkənin Dövlət Aviasiya Xidməti aviaşirkətin özünün müraciəti əsasında “SkyUp”ın Zaporojye şəhərindən Azərbaycan və Türkiyəyə iki reys üzrə lisenziyasını ləğv edib. 

Bununla da, şirkət Zaporojye - Bakı – Zaporojye və Zaporojye - İstanbul – Zaporojye uçuşlarının həyata keçirilməsinə son qoyub. 

Uçuşların hansı səbəbdən dayandırıldığı açıqlanmayıb.