Baydendən Zelenskiyə dəstək: ABŞ və müttəfiqləri Ukraynaya görə həlledici cavab verəcək

 09:25 03.01.2022     365

ABŞ Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, Bayden bildirib ki, ABŞ və müttəfiqləri Ukrayna sərhədlərindəki vəziyyətin pisləşəcəyi təqdirdə həlledici cavab verəcəklər. Bundan başqa, Ağ Ev rəhbəri Donbasda gərginliyin azaldılması üçün atılan addımları dəstəklədiyini bildirib.