Almaniya kansleri Putinlə görüşmək istəyir

 12:23 03.01.2022     364

Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə yanvarda görüşmək istəyir.

Redaktor.az xəbər verir ki, bu barədə "Bild" öz mənbələrinə istinadən yazıb.

Nəşrə görə, Kansler Şolts Rusiya siyasətini prioritet etmək istəyir. "Kansler Rusiya Prezidenti Putinlə “yeni keyfiyyətli başlanğıc” istəyir və Milad bayramından bir müddət əvvəl Kreml rəhbəri ilə telefonla danışıb", nəşr yazıb.

"Bild"in məlumatına görə, yanvarda onların görüşü olmalıdır (apa).