İranda 194 nəfər Omicron ştamına yoluxdu

 14:43 03.01.2022     417

İranda covıd-19-un Omicron ştamına yoluxanların sayı günü-gündən artır.

Redaktor.az xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müavini Səid Kərimi deyib.

O bildirib ki, ölkədə koronavirusun Omicron ştamına yoluxanların sayı 194 nəfərə çatıb.

Nazirin sözlərinə görə, Omicrona yoluxmuş şəxs 2-3 gün ərzində digər şəxsləri də yoluxdura bilər.

Qeyd edək ki, bundan öncə İranda Omicron virusuna yoluxanların sayının 159 nəfər olduğu bildirilib.