Almaniya XİN başçısı ABŞ-a səfər edəcək

 16:26 03.01.2022     641

Almaniya xarici işlər naziri Annalena Berbok ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Kristofer Burqer açıqlama verib.

İN başçısı yanvarın 5-də ABŞ-a səfər edəcək və həmkarı ilə görüşdən sonra həmən axşam Berlinə geri dönəcək.

Annalena Berbokun Blinkenlə Rusiya-Ukrayna gərginliyini müzakirə etməsi gözlənilir. (apa)