Belarusda ağır qəzada 40-dan çox rusiyalı xəsarət aldı

 21:15 03.01.2022     213

Belarusun Vitebsk vilayətində rusiyalı turistlərlə dolu avtobus minik avtomobili ilə toqquşub.

Redaktor.az xəbər verir ki, bu barədə Belarus İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, insident M-8 avtomobil yolunun 120-ci kilometrliyində baş verib. "Renault"un sürücüsü ötmə əməliyyatı edərkən qarşı zolaqla hərəkət edən ekskursiya avtobusu ilə toqquşub.

Hadisə nəticəsində 41 rusiyalı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 6-sı ağır vəziyyətdədir. Xəsarət alanların arasında 4 uşaq var. Ümumilikdə avtobusda 42 nəfər olub. Onlardan 41-i ekskursiyaya gəlmiş rusiyalılardır. Avtobusun sürücüsü də xəsarət alıb. 

"Renault"un sürücüsü - Moqilyov vilayətinin Kriçyov şəhərinin 31 yaşlı sakini həyatını itirib.