İsraildə hərbi helikopter qəzaya düşdü - Ölənlər var

İsrail ordusuna məxsus "Eurocopter AS565 Panther" hərbi helikopteri Hayfa sahillərində qəzaya uğrayıb.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, helikopterdə olan 3 pilotdan 2-si həlak olub.
Bildirilib ki, hadisə gecə saatlarında təlim uçuşu zamanı baş verib.
“The Times of Israel” nəşrinin məlumatına görə, üçüncü pilot xəsarət alıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.