Yaponiyada güclü zəlzələ oldu

 10:21 04.01.2022     387

Yaponiyanın Oqasavara adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentri Sakit okeanda, təqribən 2 min nəfərin yaşadığı Tiçizima adaları yaxınlığında, ocağı isə 70 km dərinlikdə yerləşib. Sunami xəbərdarlığı elan edilməyib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilməyib.