Ermənistan ordusunda hərbçi əsgər yoldaşını başından güllələdi

Ermənistan ordusunun hərbçisi əsgər yoldaşı tərəfindən güllələnib.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həlak olan hərbçi 18 yaşlı Movses Aramaisoviç Tadevosyandır.
Məlumata görə, hadisə dekabrın 31-i saat 10:50 radələrində döyüş postlarının birində baş verib. Əsgər başından güllələnmiş vəziyyətdə aşkarlanıb. O, xəstəxanaya aparılarkən yolda vəfat edib.
Cinayəti törədən hərbçi saxlanılıb. Faktla bağlı araşdırma aparılır.