Ərdoğan uzun aradan sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edəcək

 11:17 04.01.2022     182

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevral ayında 4 il yarım sonra ilk dəfə Səudiyyə Ərəbistana səfər edəcək.

Redaktor.az türk mətbuatına istinadən xəbər verir ki, bu, 2018-ci ildə səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbulda öldürülməsindən sonra Ərdoğanın Səudiyyə Ərəbistanına ilk səfəri olacaq.

Qeyd edək ki, ötən ilin may ayında da xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanına getmişdi.

Xatırladaq ki, Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də bu ölkənin İstanbuldakı konsulluğunda öldürülüb.