Türkiyə İstanbul-İrəvan aviareysləri üçün Ermənistana müraciət etdi

 11:53 04.01.2022     412

Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.

Redaktor.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, şirkət fevral ayından etibarən İstanbul-İrəvan arasında həftədə iki dəfə uçuş həyata keçirmək üçün müraciət edib.

Qeyd edək ki, ötən il dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır. Dekabrın 24-də isə “Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.

Vumart və Güvən reklamı Vumart Güvən