NATO-Rusiya Şurasının iclasının vaxtı açıqlandı

 14:42 04.01.2022     400

NATO-Rusiya Şurasının iclası yanvarın 12-də keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, NATO-nun baş katibi Yens Stoltenberq NATO-Rusiya Şurasının sədri qismində NATO-Rusiya Şurasının iclasını çağırıb. Hələlik iclasın gündəliyi açıqlanmayıb.

Bundan başqa, yanvarın 12-13-də Brüsseldə baş qərargah rəisləri səviyyəsində NATO Hərbi Komitəsinin iclası keçiriləcək.