Türkiyə 5 ədəd amfibiya təyyarəsi alacaq

 14:55 04.01.2022     267

Meşə yanğınları ilə mübarizə üçün Türkiyə Milli Müdafiə Sənayesi Nazirliyi ötən il ölkədə baş verən genişmiqyaslı yanğınlardan sonra əlavə texnikası alacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci üçün 5 ədəd amfibiya təyyarəsi, 5 ədəd böyük və 10 ədəd kiçik tanker təyyarəsi, 55 ədəd vertolyot alınması məqsədilə nazirlik tərəfindən tender elan olunub.