Paşinyanın partiyasından iki deputat istefa verdi

 20:04 04.01.2022     121

Ermənistan parlamentinin iki deputatı istefa verib. 

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onlar “Vətəndaş müqaviləsi” partiyasının üzvləri olan Serqey Movsisyan və Sedrak Tevonyandır. 

Millət vəkillərinin mandatdan imtina etməsi haqda informasiya parlament sədrinin müvafiq bəyanatlarının işıqlandırıldığı internet saytında yer alıb. 

Qərarın detalları haqda məlumat verilməyib. 

Qeyd edək ki, adıçəkilən partiyanın rəhbəri Ermənistan Baş naziri Nikol Paşinyandır.