İsveç kralı və kraliça koronavirusa yoluxdu

İsveç Kralı XVI Karl Qustav və həyat yoldaşı, kraliça Silviada yeni növ koronavrius (COVID-19) aşkar edilib.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar bundan əvvəl üç dozada vaksin olunub.
75 və 78 yaşlı kral və kraliçanın yüngül simptomları olduğu bildirilir.
Qeyd edək ki, İsveçdə son sutkada rekord sayda - 11,5 mindən çox yoluxma aşkar edilib.