Çində torpaq sürüşməsi 14 can aldı

 20:53 04.01.2022     275

Çinin cənub-qərbindəki Quycou vilayətində tikinti sahəsində baş verən torpaq sürüşməsi nəticəsində 14 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, Vilayət hökumətinin yaydığı məlumatına görə, hadisə Bicie şəhərində baş verib. Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində 14 nəfərin meyiti tapılıb. Yüngül xəsarət almış 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Axtarış-xilasetmə işlərinə mülki müdafiə qüvvələrinin və polis əməkdaşlarından ibarət mindən çox insan cəlb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən