Qazaxıstan prezidenti nümayişçilərdən vaxt istədi - FOTO

 00:21 05.01.2022     503

"Hökumət ona verilən səlahiyyətlər çərçivəsində ölkədə sabitliyi təmin etmək üçün Manqistau vilayətində maye qazın qiymətini litr üçün 50 təngəyə endirmək qərarına gəlib".

Redaktor.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev özünün tvitter hesabında yazıb.

"Nümayişçilərə müraciət edirəm ki, cəmiyyətimizin sabitliyini və birliyini pozmaqda maraqlı olan destruktiv şəxslərin çağırışlarına uymasınlar. Sabah paytaxtda keçiriləcək toplantı zamanı da daxil olmaqla digər sosial-iqtisadi tələblərə ayrıca baxılacaq" - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Qazaxıstanın bir sıra yerlərində ötən gündən etibarən maye qazın qiymətinin qaldırılması səbəbindən kütləvi etiraz aksiyaları keçirilir.

T.İSMAYIL

 

2
Vumart və Güvən reklamı Vumart Güvən