Almatıda etirazçılar meriya binasına hücum etdilər - FOTO/VİDEO

Qazaxıstanın Almatı şəhərində etirazçılar icra hakimiyyəti binasına daxil olublar.
Redaktor.az xəbər verir ki, Sputnik Qazaxıstanın hadisə yerində olan müxbirin sözlərinə görə, aksiya iştirakçıları bir neçə polisi döyüb, onların silahını, dəbilqə və qalxanlarını götürüblər.
Bildirilib ki, birinci mərtəbədəki otaqlardan birində yanğın başlayıb. Davamlı atəş səsləri eşidilir.
Nuranə Tofiqli


