Türkiyə XİN Qazaxıstanla bağlı BƏYANAT YAYDI

 15:08 05.01.2022     432

"Qazaxıstanda 2-3 yanvar 2022-ci il tarixlərində başlayan və bu səhər hökumətin istefası ilə bitən etiraz aksiyalarını yaxından izləyirik".

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatnda deyilir.

“Biz dost Qazaxıstanın sabitliyinə önəm veririk. Qardaş qazax xalqının sülh və əmin-amanlıq içində olmasını istəyirik. Qazaxıstan administrasiyasının bu böhrandan çıxacağına tam inanırıq. Biz Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənirik və ümid edirik ki, hadisələr tez bir zamanda sakitləşəcək. Təhlükəsizlik qüvvələri də daxil olmaqla, yaralanan qazax qardaşlarımıza tezliklə şəfa diləyirik", - XİN-in açıqlamasında qeyd edilib.