Qazaxıstan Prezidenti xalqa müraciət etdi - YENİLƏNİB

"Nə olursa olsun, paytaxtda olacağam, Nur-Sultanı tərk etməyəcəyəm".
Redaktor.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsində baş verən kütləvi etirazlarla əlaqədar əhaliyə müraciətində deyib.
Tokayev Qazaxıstanda etiraz aksiyaları fonunda yeni təkliflər paketi ilə çıxış edəcəyini bildirib.
*** 17:01
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsindəki kütləvi etirazlarla bağlı yaxın vaxtlarda vətəndaşlara ikinci müraciətlə çıxış edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Yaxın vaxtlarda Prezidentin müraciəti gözlənilir”, - deyə məlumatda qeyd olunub.
Nuranə Tofiqli