Arutyunyan Rusiyaya səfir təyin edildi

 18:19 05.01.2022     570

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan ölkənin Rusiyadakı yeni səfiri təyin olunub.

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Armen Sarkisyan müvafiq sərəncam imzalayıb.

Sarkisyanın digər bir sərəncamı ilə Vardan Toqonyan Ermənistanın Rusiyadakı səfiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Vaqarşak Arutyunyan 1999-2000-ci illərdə müdafiə naziri vəzifəsini icra edib. 2020-ci ilin avqustunda Baş nazir Nikol Paşinyanın baş müşaviri təyin olunub. O, 2020-ci ilin noyabrın sonunda yenidən müdafiə naziri postuna gətirilsə də, 2021-ci ilin iyulunda istefa verib.

2