Qazaxıstanın bütün ərazisində fövqəladə vəziyyət elan olundu

 21:10 05.01.2022     367

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində fövqəladə vəziyyət rejimi elan edilib.

Redaktor.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.

Fərmana əsasən, Nur-Sultan şəhərində fövqəladə vəziyyət yanvarın 5-dən 19-na kimi qüvvədə olacaq. 

Xatırladaq ki, Kasım-Jomart Tokayev daha əvvəl Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.

Bu arada "Mir 24" kanalı bütün Qazaxıstan ərazisində fövqəladə vəziyyət elan olunması xəbərini yayıb.