Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşünün vaxtı bilindi

 21:17 05.01.2022     447

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri yanvarın 14-də Moskvada ilk görüşlərini keçirəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan Feysbukda məlumat yayıb.

"Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ilk görüşü yanvarın 14-də Moskvada baş tutacaq", - Hunanyan yazıb.

Türkiyə Xarixi İşlər Nazirliyi də görüşün vaxtı və yerini təsdiqləyib. 

Qeyd edək ki, Ermənistan və Türkiyə ölkələr arasında münasibətlərin normallaşması üçün xüsusi nümayəndələr təyin ediblər. Ermənistandan xüsusi nümayəndə Milli Assambleyanın sədr müavini Ruben Rubinyan, Ankaranın xüsusi nümayəndəsi Türkiyənin Vaşinqtondakı keçmiş səfiri Serdar Kılıç təyin edilib.