“Etirazçılar hərbçiləri döyüb və ələ salıblar” - Tokayev

 21:27 05.01.2022     567

“Almatıdakı iğtişaşların iştirakçıları hərbçiləri döyüb və ələ salıblar”.

Redaktor.az xəbər verir ki, bunu xalqa ikinci müraciətində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. 

“Etirazçılar izdihamı hərbçiləri döyür, məsxərəyə qoyur, onları küçədə lüt gəzdirib, qadınları təhqir edir, mağazaları qarət edirlər. Vəziyyət Almatı şəhərinin bütün sakinlərinin təhlükəsizliyini təhdid edir”, - deyə Tokayev qeyd edib. 

Onun sözlərinə görə, polislər arasında ölənlər və yaralananlar var. Eyni zamanda, Tokayev hərbçilərə və hüquq-mühafizə orqanlarına təşəkkür edib.

“Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - prezident deyib.

O, hakimiyyətin qanun pozucularına münasibətdə mümkün qədər sərt davranacağını vurğulayıb.