Etirazçılar Almatı hava limanını tutdu

 23:01 05.01.2022     1337

Etirazçılar Qazaxıstanın Almatı şəhər hava limanına daxil olublar. 

Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

“Etirazçılar sərnişinləri terminaldan qovdular. Dedilər ki, onlara toxunmayacaqlar”, - deyə hava limanı əməkdaşı sayta açıqlamasında bildirib.

Mənbənin sözlərinə görə, hava limanı mərkəzi girişdən “sakit və dinc şəkildə tutulub", işçilər buraxılıb, başqa növbəyə icazə verilib.

Vumart və Güvən reklamı Vumart Güvən