Tokayev kömək üçün KTMT və Rusiyaya müraciət etdi - VİDEO

 23:08 05.01.2022     1930

Qazaxıstan Prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)  dövlət başçılarına terror təhlükəsinin aradan qaldırılmasına kömək göstərilməsi xahişi ilə müraciət edib.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, Kasım-Jomart Tokayev KTMT tərəfdaşlarına müraciəti uyğun və vaxtında adlandırıb.

“Kollektiv təhlükəsizlik müqaviləsinə əsaslanaraq, mən bu gün KTMT dövlətlərinin başçılarına müraciət etdim ki, Qazaxıstana bu terror təhlükəsini aradan qaldırmağa kömək etsinlər. Əslində, bu, artıq təhlükə deyil, dövlətin bütövlüyünə xələl gətirmək və ən əsası, dövlət başçısı kimi məndən onlara təcili kömək etməyi xahiş edən vətəndaşlarımıza qarşı hücumdur”, - o bildirib.