Almatıda antiterror əməliyyatı başladı

 23:45 05.01.2022     665

Artıq bir satdır ki, hüquq-mühafizə orqanları qırğınların davam etdiyi Almatıda xüsusi antiterror əməliyyata başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə şəhər komendaturasından məlumat verilib.

"Şəhərdə asayişin bərqərar edilməsi məqsədilə antiterror xüsusi əməliyyatı başlayıb", - məlumatda deyilir.

Komendatura həmçinin Almatı sakinlərini “sakit olmağa və konstitusiya quruluşunun yaradılmasında və ictimai təhlükəsizliyin yaradılmasında hüquq-mühafizə orqanlarına köməklik göstərməyə” çağırıb.

İLTİFAT