Aktauda polislər nümayişçilərin tərəfinə keçdi - VİDEO

 00:00 06.01.2022     407

Qazaxıstanın Aktau şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların tərəfinə keçib.

Redaktor.az bu barədə yerli mətbuata istinadən xəbər verir ki, yanvarın 5-də hadisə şahidləri bu barədə sosial şəbəkələrdə hadisə yerindən videolar yerləşdirərək məlumat verirlər.

Etirazçıların sözlərinə görə, hüquq-mühafizə orqanları xalqa qarşı gedə bilməyəcəklərini bildiriblər. Həmçinin, internetdə nümayişçilərin hərbi yük maşını ələ keçirərək təhlükəsizlik qüvvələrini oradan çıxmağa məcbur etdiyi bir video yayılıb.

Almatıda etirazçılar çağırışa gedən yolda başqa bir təcili yardım maşınına hücum edib. Telegram kanallarında müvafiq məzmunlu videolar peyda olub. İğtişaşçılar hətta avtomobilin içərisinə girməyə cəhd ediblər.

Kadrlardan da göründüyü kimi, sürücü aksiyaçılara həkimləri buraxmağa razı salıb.