Qırğızıstan Qazaxıstana kömək edəcək

 11:01 06.01.2022     499

Qırğızıstan Qazaxıstana KTMT çərçivəsində müttəfiqlik öhdəliklərini lazımi dərəcədə yerinə yetirməyə hazırdır.

Redaktor.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə respublikanın baş naziri Akılbek Japarov ölkənin Nazirlər Kabinetinin iclasında bildirib:

“Dövlət başçısının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının qərarına uyğun olaraq, Qırğızıstan Respublikası Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə bağlı KTMT çərçivəsində qardaş Qazaxıstana hərtərəfli dəstək verməyə və lazım gəldikdə müttəfiqlik öhdəliklərini yerinə yetirməyə hazır olduğunu təsdiqləyir" - deyə bildirilib.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)  dövlət başçılarına terror təhlükəsinin aradan qaldırılmasına kömək göstərilməsi xahişi ilə müraciət edib.

Nuranə Tofiqli