KTMT sülhməramlıları Qazaxıstanda fəaliyyətə BAŞLADI

 11:32 06.01.2022     691

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti Qazaxıstanda vəzifəsini icra etməyə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə təşkilat məlumat verib.

Məlumata görə, Qazaxıstana göndərilən KTMT qoşunlarına Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.

Xatırladaq ki, ötən gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev KTMT-nin dövlət başçılarına terror təhlükəsinin aradan qaldırılmasına kömək göstərilməsi xahişi ilə müraciət etmişdi.

T.İSMAYIL