Qazaxıstanda ölənlərin sayı 13 nəfərə çatdı - VİDEO

 13:28 06.01.2022     1488

Almatıda etirazçılarla toqquşmada Qazaxıstanın 353 hüquq-mühafizə orqanı ağır xəsarət alıb, 13 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə şəhər komendantlığı məlumat yayıb.

Bildirlib ki, onlardan ikisinin cəsədi başı kəsilmiş halda tapılıb.

Qeyd edək ki, yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları başlayıb. Daha sonra mitinqlər digər şəhərlərə, o cümlədən Alma-Ataya yayıldı və yanvarın 5-də talan və dövlət qurumlarına hücumlarla müşayiət olunan iğtişaşlara və talanlara çevrildi. Nəticədə mindən çox insan yaralanıb, ölənlər var. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib. Sülhməramlıların ilk bölmələri artıq Qazaxıstanda öz missiyasını yerinə yetirməyə başlayıb.

Nuranə