Çavuşoğlu Lavrovla Qazaxıstan və Cənubi Qafqazı müzakirə etdi

 14:02 06.01.2022     628

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Haber Global” yayıb.

Tərəflər Qazaxıstandakı vəziyyət barədə müzakirələr aparıblar

Nazirlər həmçinin NATO-Rusiya görüşü, Qazaxıstan, Bosniya və Herseqovina və Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.