Almaniyanın xarici işlər naziri Rusiyaya xəbərdarlıq etdi

Almaniyanın xarici işlər naziri Annalena Berbok Vaşinqton səfərində olarkən, Ukrayna müdaxiləsi ehtimalına qarşı Rusiyaya xəbərdarlıq edib.
Redaktor.az "DW"ə istiadən xəbər verir ki, Almaniyanın yeni xarici işlər naziri kimi Vaşinqtonda Rusiyanın Ukrayna sərhədlərində hərbi baxımdan möhkəmlənməsini Avropanın ciddi problemi kimi qiymətləndirib və Ukraynaya qarşı hər hansı bir addımın Rusiya üçün ciddi nəticələr doğuracağını vurğulayıb.
ABŞ dövlət katibi Antoni Blinkenlə danışan A.Berbok Rusiyanın böyük siyasi və iqtisadi bədəllər ödəyəcəyi bildirib.
Bununla belə, Berbok ABŞ və Almaniyanın Ukraynaya silah tədarükü ilə bağlı tam razılığa gəlmədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, ABŞ-ın Ukraynaya silah göndərməsi Moskvada qəzəb doğurur.
Həmçinin, A.Blinkenlə görüşdən sonra A.Berbok İranın nüvə məsələlərində inamı həddən artıq zədələdiyini və İranın nüvə sazişini canlandırmaq üçün çox az vaxt qaldığını söyləyib.
Sübhan Şərif