Qazaxıstanda benzin və dizelin qiymətləri ilə bağlı YENİ QƏRAR

Qazaxıstanda benzin satışına dövlət qiymət tənzimləməsi tətbiq edilib. Hökumət 180 gün ərzində benzin və dizel yanacağının qiymətlərinin dövlət tənzimlənməsi tətbiq edib.
Redaktor.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə respublika Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Yanacaqdoldurma məntəqələrində avtomobillərə yanacaq doldurmaq üçün maye qazın pərakəndə satışında limit qiymətləri müəyyən edilib.
Etirazların başladığı Manqistau vilayətində yanacağın bir litri 50 təngəyə (0,11 dollar), Alma-Atada 65 təngəyə (0,15 dollar), paytaxt Nur-Sultanda 70 təngəyə (0,16 dollar) buraxılacaq.
Məlumata görə, mayeləşdirilmiş neft qazının elektron ticarət platforması vasitəsilə satışına tam keçid bir il müddətinə təxirə salınıb.
Nuranə