Qazaxıstan hökuməti maye qazın qiymətlərini müəyyən etdi

 16:18 06.01.2022     1990

Qazaxıstan hökuməti müvəqqəti olaraq altı ay üçün maye qazın maksimal qiymətlərini müəyyən edib.

Redaktor.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yanacaqdoldurma məntəqələrində avtomobillərə yanacaq doldurmaq üçün mayeləşdirilmiş maye qazın pərakəndə satışı üçün müvəqqəti tavan qiymətləri müəyyən edib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin verdiyi tapşırıqlara uyğun olaraq, sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi üzrə tədbirlər görülüb.

“Qazaxıstanda yanacaqdoldurma məntəqələrində avtomobillərə yanacaq doldurmaq üçün mayeləşdirilmiş qazın pərakəndə satışı üçün 180 gün müddətinə qiymət məhdudiyyətləri müəyyən edilib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Manqistau vilayətində yanacağın bir litri 50 təngəyə (0,11 dollar), Alma-Atada 65 təngəyə (0,15 dollar), paytaxt Nur-Sultanda 70 təngəyə (0,16 dollar) buraxılacaq.

Açıqlamaya görə, mayeləşdirilmiş neft qazının elektron ticarət platforması vasitəsilə satışına tam keçid bir il müddətinə təxirə salınıb.

Nuranə TOFİQLİ